İran - Rusiya münasibətlərinin gələcəyinə inanmaq olmaz - Parlament üzvü
16.09.2024

Rusiyanın İrana qarşı etdiyi son müəmmalı gedişlər tarix boyu rusların millətimizə arxadan vurduğu xəncərləri xatırladır.

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki deyib.

O, Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid edib: "Rusiyanın bu mövqeyi onu göstərir ki, Rusiya ilə İranın münasibətlərinin gələcəyinə bədbin yanaşmaq lazımdır".

Qeyd edək ki, Rusiya hökumətinin Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi İran tərəfinin narahatlığına səbəb olub.

İranın hökumət mediası rəsmi Moskvanı hədəf alıb, Rusiyanı İrana xəyanətdə günahlandırıb.

visiontv.az