İran rejimindən absurt ittiham: “Allaha qarşı müharibə” gedir
İran rejimindən absurt ittiham:  “Allaha qarşı müharibə” gedir
14.11.2022 Elbəyi Həsənli Tərəfindən

BMT-yə məxsus "news.un.org" yazır ki, İranda etiraz aksiyalarına qoşulanlar həbs olunur.

Onlar haqqında ölüm hökmü çıxarılır. Özü də absurd ittihamla. Sən demə onlar etiraza qatılmaqla “Allaha qarşı müharibə” ediblər və “Yer üzündə fitnə-fəsad” yayıblar.

BMT-nin təyin etdiyi 16 müstəqil insan hüquqları eksperti cümə günü İran hakimiyyətini dinc nümayişlərdə iştiraka görə etirazçıların ölümlə cəzalandırılmasını pisləyib və bu kimi ittihamların irəli sürməsini dayandırmağa çağırıb.

Elbəyi Həsənli

visiontv.az