İran parlamenti qarşısında aksiya keçirildi: Edam etmə
30.10.2024

Bir həftə ərzində ikinci dəfə olaraq İran məhkəmələrinin edama məhkum etdikləri məhbusların ailələri Tehranda İranparlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Bu barədə etirazçılar sosial media şəbəkəsində paylaşım ediblər.

Onlar edam hökmlərinin ədalətsiz məhkəmələrdə çıxarıldığını və hökmlərin icrasının dayandırılmasını, bunun başqa cəza ilə dəyişdirilməsini tələb ediblər.

"Edam etmə" şüarları səsləndirən məhbus ailələri beynəlxalq ictimaiyyəti İran hökumətinin məhbuslara qarşı ölüm hökmlərinə laqeyd qalmamağı istəyiblər.

Polis müdaxiləsindən sonra məhumların ailələri parlamentin ətraf küçələrində aksiyalarını davam etdiriblər.

Qeyd edək ki, son 40 gün ərzində İranda 160-dan çox məhbus edam edilib, onlarla məhus isə edama hazırlıq öncəsi təkadamlıq kameralara köçürülüb.

visiontv.az