İran İsraillə müharibədən yayınmaq üçün Azərbaycanı gündəmə gətirir
İran İsraillə müharibədən yayınmaq üçün Azərbaycanı gündəmə gətirir
14.08.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

İranda "Həmas" lideri İsmayıl Haniyənin İsrail tərəfindən sui-qəsd nəticəsində öldürülməsi Tehranın suverenliyi və təhlükəsizliyini təhdid edərək, kəşfiyyat sistemində agentura şəbəkəsinin olduğunu üzə çıxardı. Baş verən sui-qəsddən sonra İran tərəfi İsrailə qarşı qisas əməliyyatı keçirəcəyini qeyd edir. Amma, qisas uyğun vaxtda ediləcəyi vurğulanır.

Artıq, ABŞ İrana xəbərdarlıq edərək, belə bir əməliyyatə gətməməyi mesajını verib. Böyük Britaniya, Fransa və Almaniya üçtərəfli bəyanat verərək İranı İsrailə qarşı mümkün hücumdan çəkinməyə çağırdı. Təbii ki, İran bu xəbərdarlığı gözardı edə bilməz. Əgər, eskalasiya gedərsə, Tehran ağır bədəllər ödəyəcəyini hesablamamış deyil.

Ona görə də İran tərəfi İsrail məsələsini tam bir başqa müstəviyə keçirərək hədəfdən yayınır. Tehran ənənəvi ritorikasıni işq salaraq öz mətbuatinda Azərbaycanda İsrail "bazasını" vurmağı fikirlərini səsləndirir.

Qeyd edim ki, Azərbaycanda heç bir ölkənin hərbi bazası yoxdur. Belə bir hərbi bazanın olmamasını Tehranda çox yaxşı bilir. Azərbaycanı vurarı kimi beyanatları, sadəcə, hədəfdən yayınmağa və manipulyasiya edərək zədələnmiş 'imicini" sığortalamağa çalışır. Zəngilanda Camış fermasını İsrail bazası görən İran hakimiyyəti, İsrailə ABŞ çəkindiyinə görə birbaşa geniş şəkildə zərbələrə getmir. Əvəzində isə, Zəngəzur məsələsini və Camış fermasını gündəmə gətirir.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini

visiontv.az