İran intiqam üçün düyməyə basdı - İraqda ardıcıl raket zərbələri
06.01.2020

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyi yaxınlığında, Səlahəddin əyalətində ABŞ əsgərlərinin qaldığı Bələd Hərbi Bazasına raket hücumu təşkil edilib.

Bu barədə Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir.

İraq təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, ABŞ-ın Bağdaddakı səfirliyi yaxınlığında iki raket atılıb.

Hücumun kim tərəfindən təşkil edildiyi barədə məlumat verilməyib. Hücumdan sonra ABŞ səfirliyində həyəcan siqnalı verilib.