İran hökuməti məcburi hicab üçün "Təzələmə" planını başladır
18.10.2024

İranda Semnan Korpusu, məcburi hicabın tətbiqi üçün “Təzələmə” adlı yeni bir planın həyata keçirildiyini elan edib. Hökumətin sözçüsü Fatemeh Mohacerani, Cənab Behzikyanın iffət və hicab məsələlərinə münasibətinin açıq olduğunu bildirərək, “Mədəni məsələlər zorla tətbiq edilə bilməz” fikrini dəfələrlə vurğulayıb.

Semnan “Qaim əl-Məhəmməd” korpusunun komandiri Mənsur Şoqani, “Bu planın həyata keçirilməsində Semnan əyalətinin icra və xidmət müəssisələrinin imkanlarından istifadə olunacaq” deyib. Bu açıqlamalar, Keşikçilər Şurası tərəfindən “İffət və Hicab” qanun layihəsinin qeyri-rəsmi təsdiqlənməsi xəbərlərindən bir neçə gün sonra gəlib.

visiontv.az