İran futbolçuları molla rejiminin üzünə tüpürdü
İran futbolçuları molla rejiminin üzünə tüpürdü
22.11.2022 Elbəyi Həsənli Tərəfindən

Iran milli futbol komandasının 32 yaşlı kapitanı Ehsan Hajsafi Qətərdə keçirdiyi mətbuat konfransında bildirib ki, onun təmsil etdiyi komanda İranda 2 aydan çoxdur ki, davam edən etiraz aksiyalarında iştirak edən xalqa rəğbət bəsləyir:

“Ölkəmizdəki şəraitin yaxşı olmadığını və xalqımızın xoşbəxt yaşamadığını qəbul etməliyik. Biz buradayıq, amma bu o demək deyil ki, onların səsi olmamalı və ya onlara ehtiram göstərməməliyik... Ümid edirəm ki, vəziyyət xalqın istədiyi kimi dəyişəcək və hamı xoşbəxt olacaq." Fransanın “france24.com” saytı belə yazır. Ümumiyyətlə, Ehsan Hajsafinin bəyanatı Qərbdə bomba effekti doğurub...

O da vurğulanır ki, futbolçular İran molla rejiminə etiraz əlaməti olaraq futbol meydançasında İranın dövlət himnini oxumaqdan imtina edib.

Heç şübhəsiz ki, bu bəyanat İranda da ciddi rezonans doğuracaq və İranda etiraz aksiyalarının kəskin şəkildə genişlənməsinə gətirib çıxaracaq...

Xüsusi qeyd: Ehsan Hajcsafi yarımmüdafiəçisidir. Hajcsafi 2011-ci ildə Traktor komandasında oynayıb. Sonra başqa komandalara dəvət olunub. 2018-2021-ci illərdə yenidən Traktorda oynayıb. O, Almaniyanın FSV Frankfurt və Yunansıtanın Panionios, Olympiacos, AEK Athens futbol komandalarında da çıxış edib. O, 2018-c ildə keçirilən Dünya Çempionatında da İran millisinin kapitanı olub.

Elbəyi Həsənli

visiontv.az