İran əhalisinin 22-27%-i yoxsuldur
08.01.2025

İran əhalisinin 22-27%-i yoxsulluq içərisindədir və əsas ehtiyaclarını təmin etməkdə çətinlik çəkir.

Bunu Əmək və Sosial Təminat İnstitutunun rəhbəri İbrahim Sadiqifər deyib.

“Bu gün İranda yoxsulluq əsas problemdir və cəmiyyətin böyük bir hissəsini əhatə edən danılmaz reallığa çevrilib”,- o bildirib.

Sadiqifar iqtisadi və sosial problemlər üzündən təhsildən yayınanların da artdığını göstərən mövcud statistikaları təqdim edib.

O, deyib ki, İran neft ehtiyatları ilə zəngin olmasına baxmayaraq, yoxsulluğun niyə hələ də bu səviyyədə mövcud olduğunu araşdırmaq lazımdır.

Bununla eyni vaxtda İranın "İqtisad" qəzeti də məsələ ilə bağlı yaydığı məlumatda ölkə əhalisinin 26 milyon nəfərinin yoxsul olduğunu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl "Məclis" Araşdırmalar Mərkəzi isə ölkə əhalisinin 30%-dən çoxunun yoxsul olduğu barədə hesabat yayıb.

visiontv.az