İranın İlam əyalətinin Abdanan şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyasında iştirak edən 14 nəfər həbs edilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Bundan əvvəl isə etiraz aksiyasında iştirak edən altı nəfər saxlanılaraq istintaq təcridxanasına köçürülmüşdu.
Onlar bir neçə gün əvvəl Dehloran Petrokimya Şirkətinin işçilərinin daşıyan avtobus qəzası nəticəsində 13 nəfərin ölümündən sonra aksiya keçiriblər.
Etirazçılar yolların pis vəziyyətinə, infrastrukturun olmamasına və pis idarəetməyə etiraz edərək hökumət rəsmilərinə qarşı şüarlar səsləndiriblər. Şəhər bazarının bir hissəsi də etirazçılar və qurbanların ailələri ilə həmrəylik nümayiş etdirərək tətilə başlayıb.
visiontv.az