2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu ilə Gəncədə dəfn edilib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Firdovsi Abdullayev Gəncənin Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbər işçiləri, hərbçilər, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Firdovsi Abdullayevin tabutunun büründüyü Azərbaycan Bayrağı onun atasına təqdim edilib. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.