İcra başçısı “Diqlas”da zərərçəkən satıcılarla görüşdü
27.03.2019

İcra başçısı “Diqlas”da zərərçəkən satıcılarla görüşdü

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov "Diqlas" ticarət mərkəzində baş verən yanğından zərərçəkən satıcılarla görüşüb.

Visiontv.Az qafqazinfo-ya istinadən xəbər verir ki, icra başçısı onların şikayətlərini dinləyib və bu gün saat 4-də sahibkarla görüşəcəyini qeyd edib.

İcra başçısı görüşdə bildirib ki, baş verən yanğınla bağlı cinayət işi açılıb və istintaq gedir: "İstintaqın obyektiv aparılacağına heç kəsin şübhəsi olmasın. Dövlət məsələnin obyektiv araşdırılmasına tam nəzarət edəcək. Sahibkarların hüquqları pozulubsa, bu hüququn bərpası üçün lazım olan addımları atacaq ki, orada işləyən insanların hüquqları pozulmasın".

Çıxış edən sahibkarlar isə bildiriblər ki, mallarını sığorta etdirməsələr də, hər ay obyekt sahibinə küllii miqdarda pul ödəyiblər. Buna görə də obyekt sahibinin maddi imkanı var ki, dəymiş ziyanı ödəsin.