İbrahim Rəisi hakimiyyəti dövründə neçə nəfər edam edilib? - Hesabat yayıldı
30.05.2024

Mayın 19-da helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin fəaliyyəti barədə hesabat yayılıb.

Hesabatda Rəisi hakimiyyəti dövründə edam saylarının kəskin artdığı bildirilib.

Bildirilib ki, onun 34 aylıq fəaliyyəti dövründə İran həbsxanalarında hər həftə təxminən 12 nəfər, ümumilikdə 1808 məhkum edam edilib.

Beynəlxalq Əfv Təşkilatı isə yaydığı hesabatda 2023-cü ildə dünyada edam edilən 1053 nəfərin 853 nəfəri, yəni 75 faizinin İranda icra edildiyini qeyd edib.

visiontv.az