Gəncədən-Kəlbəcərə-Laçina-Qubadlıya-Zəngilana-Horadiz avtomobil yolu: ölkənin Şimal hissəsi ilə Cənub hissəsini yeni marşrutla birləşdirir; şimal nəqliyyat dəhlizini yeni açılan Cənub nəqliyyat dəhlizi ilə birləşdirir; Ermənistanla sərhəd boyu müasir yol infrastrukturu qurmaqla təhlükəsizliyi gücləndirir.
- Xankəndi ətrafında və Xankəndinə doğru çəkilən yollar və aeroportlar bölgəni ölkənin əsas hissəsi ilə iqtisadi maraq ətrafında birləşdirir.
- Azərbaycanla Ermənistanın Baş nazirlərinin müavinlərinin əməkdaşlıq edəcəyi ilk işçi qrupu yaradıldı;
- Çin-Aİ Hərtərəfli İnvestisiya Müqaviləsi yükdaşımalarını 25-30% artıracaq. Ən qısa yol Bakı-Naxçıvan-İstanbul marşrutudur;
- İqtisadi amil gücləndikcə Türkiyə-Ermənistan-Azərbaycan formatı da aktuallaşacaq.
- Məsələ iqtisadi müstəviyə keçəndə Rusiya daha çox Azərbaycanın müttəfiqidir, nəinki Ermənistanın..