Hüseyn Şəriətmədari nümayəndə heyyətinə Trampı alçaltmaq üçün danışıqları tərk etməyə çağırıb
23.06.2026

“Kayhan” qəzetinin sərt xətt tərəfdarı olan baş redaktoru Hüseyn Şəriətmədari bazar ertəsi bildirib ki, İranın danışıqlar qrupu ABŞ Prezidenti Donald Trampı alçaltmaq üçün danışıqları tərk etməlidir.

“Trampın təhdidlərinə ən minimal cavab bu xaraktersiz elementi alçaltmaq və danışıqlar masasını tərk etməkdir”, – o yazıb.

O əlavə edib ki, danışıqlar davam etsə belə, İran Trampı ali lider Əli Xameneinin və “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin qanının qisası alınmadan rahat buraxmamalıdır.

visiontv.az