“Hizbullah birinci şərtimizdir”
27.07.2026

Nə görüntü var, nə səs, yalnız mesaj! özü yoxdur. Müctəba Xamenei sağdırmı? Ona aid olduğu bildirilən mesajlar bu suallara hələ də cavab vermir.

Gunaz TV-nin məlumatına görə, Müctəba Xamenei İranın yeni lideri elan olunduqdan sonra indiyədək onun heç bir görüntüsü, videosu və ya səs yazısı yayımlanmayıb. O, hətta atasının dəfn mərasimində də iştirak etməyib. Buna baxmayaraq, İran mediası ona aid olduğu bildirilən yeni bir mesaj yayıb.

Hizbullahın baş katibi və təşkilatın üzvlərinə ünvanlandığı bildirilən bu mesajda İranın “Livanın ərazi bütövlüyünün qorunmasını və İsrailin Hizbullaha qarşı hücumlarının tam və qeyd-şərtsiz dayandırılmasını” ABŞ ilə imzalanmış “müharibənin başa çatmasına dair anlaşmanın birinci şərti” hesab etdiyi bildirilib.

Sözügedən anlaşma ötən iyun ayının sonlarında İran və ABŞ prezidentləri arasında imzalanıb. Sənədə əsasən, nüvə danışıqlarının davam etdirilməsi məqsədilə 60 günlük atəşkəs uzadılıb. Razılaşmanın bəndlərindən biri Livandakı qarşıdurmaların dayandırılmasına aiddir.

Bu mesajın yayılması son beş ay ərzində Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmaması, ondan heç bir görüntü və ya səsin yayımlanmaması fonunda baş verir. Həmçinin onun qayınatası Qulaməli Həddad Adil və İranın xarici işlər naziri Abbas Əraqçi ayrı-ayrı açıqlamalarında Müctəba Xamenei ilə indiyədək görüşə bilmədiklərini bildiriblər. Bu isə onun taleyi ilə bağlı ehtimalları daha da gücləndirib.

Bununla yanaşı, İranın rəsmi mediası yeni liderə aid olduğu bildirilən mesajlar yayımlamaqda davam edir, lakin onun fəaliyyətdə olduğunu təsdiqləyəcək heç bir görüntü və ya səs təqdim etmir.

visiontv.az