“Həşəratları yeyin, dadı balığı xatırladır” BMT-nin eksperti
16.05.2019

“Həşəratları yeyin, dadı balığı xatırladır” BMT-nin eksperti

Dünyada qida çatışmazlığı BMT-nin hesabatlarında çox əks olunur.

Fins.az-ın məlumatına görə, beynəlxalq qurum çıxış yolunu həşərat yeməkdə görür. BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO – Food and Agriculture Organization) eksperti Culiya Muir belə açıqlama verib.

Onun sözlərinə görə, dünyanın bir çox yerlərində həşərat yemək yenilik deyil, adi təcrübədir. İki milyard insan həşərat yeyir. Muir bildirib ki, həşəratla qidalanmaq faciə deyil. Onların dadı bir az da balığı xatırladır.

Ekspert deyir ki, iribuynuzlu heyvanlara nisbətən həşərat ətinin istehsalı daha təmizdir. Fevralın 12-də Sidney Universitetinin əməkdaşları həşəratların kütləvi qırılması ehtimalı haqda xəbərdarlıq etmişdilər. Təxminən 100 il sonra həşəratların əksər növləri Yer üzündən silinə bilər.