“Həşdi-Şabi” qüvvələri tezliklə silahlarını təhvil verəcək və İraq ordusuna inteqrasiya edəcək.
Bunu İraqda İrana bağlı “Həşdi-Şabi” silahlı qruplaşmasının rəhbəri Faleh Əl-Fəyyaz deyib.
Başçılıq etdiyi qüvvələrin bundan əvvəl İŞİD-ə qarşı mübarizə apardıqlarını söyləyən Əl-Fəyyaz, bu mrhələnin bitdiyini və qüvvələrin İraq ordusunun tərkibinə qatılmasının vacibliyini bildirib.
Məlumata görə, İraq Nazirlər Şurası “Həşdi-Şabi”nin inteqrasiyası haqqında qanunu təsdiqləyib və hazırda parlamentin təsdiqini gözləyir.
Qeyd edək ki, bu və başqa yerlərdə olan İrana bağlı silahlı qruplaşmaların ləğvi ABŞ-nin İran qarşısında irəli sürdüyü əsas şərtlərdən biridir.
Ekspertlər “Həşdi-Şabi”nin ləğvi və İraq ordusunun tərkibinə verilməsini İranın ABŞ qarşısında geri addım atmasının ilk mərhələsi kimi dəyərləndirirlər.
visiontv.az