Hazırda Ermənistan post - müharibə dövründə ən təhlükəli oyun mərhələsini başladıb
Hazırda Ermənistan post - müharibə dövründə ən təhlükəli oyun mərhələsini başladıb
30.09.2022 Hikmət Babaoğlu Tərəfindən

"Ermənistana söz verirlər ki, əgər anti-türk kolisiyasına qoşularsa və Rusiyaya arxa çevirərsə öz lehinə strateji şərtlər təmin edə bilər. Bu mənzərə təqribən 100 il bundan əvvəlki vəziyyəti xatırladır". Bu fikirləri Millət vəkili Hikmət Babaoğlu Visiontv.az-a açıqlaması bildirdirib. 

Millət vəkili Hikmət Babaoğlu əməkdaşımıza açıqlamasında deyib ki, hazırda Ermənistan ordusu həm hərbi-texniki təhcizat baxımından həm də şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti baxımından olduqca acınacaqlı vəziyyətdədir: "Eyni zamanda orduda ciddi peşəkar kadr çatışmazlığı var. Ancaq bunlar da Ermənistanın ordusunun bərbad vəziyyətini tam əks etdirmir. Çünki bu ölkədə həm də olduqca ciddi çağırışçı problem mövcuddur. 44 günlük müharibədən sonra faktiki kaputiliyasiya edilmir. Ölkədə hərbi xidmət yaşına çatan gənclər ordu sıralarına çağırılmaqdan yayınmaq üçün ya ölkəni tərk edir ya da müxtəlif tibbi diaqnozlar əldə etməklə hərbi xidmətdən qaçırlar. Ona görə də şəxsi heyət natamamlığı var. Üstəlik 44 günlük müharibədə 10 mindən çox erməni əsgərinin fərari olması, təqribən bunun iki qatı qədər əsgər və zabitin məhv edilməsi Ermənistan nizami ordusunun üçdə ikisinin sıradan çıxarılması deməkdir. Döyüş texnikası və təhcizat məsələsinə gəldikdə isə bu ölkə demək olar ki, hərbi arsenalının 80 fazini 44 gün ərzində itirib. Ona görə də Hindistandan alınan 245 milyonluq silahla ordunu bərpa etmək mümkün deyil. Bütün hallarda məğlub ölkənin yenidən silahlanması region üçün yeni təhlükə mənbəyi deməkdir. Bu həm də onun göstəricisidir ki, Ermənistan sülh istəmir.
Paşinyanın, pulunu verdikləri halda silah ala bilməmələrindən şikayətlənməsi doğru deyil ya da qəsdən şişirdilir. Birincisi Ermənistanın silah almaq üçün pulu yoxdur. Ermənistanın ən böyük silah təhcizatçısı Rusiya Federasiyası idi ki, o da demək olar ki, bütün silahları kredit öhdəçilikləri əsasında verirdi. Nağd pulun ödənilməsi ilə alınan silahlar isə ya çox az idi, ya da bu cür alıqı-satqı erməni generallarının gəlir mənbəyinə çevirilirdi. Ona görə də Paşinyan açıq şəkildə bildirdi ki, Müdafiə Nazirliyinin istədiyi büdcəni mən verdim. Ancaq sonra bəlli oldu ki, bu büdcənin böyük bir hissəsi 1973-cü ildə istehsal olunan yararsız silah-sursatın alənmasına xərclənib. Bu tamamilə açıq bir etiraf idi. Ona görə də hazırda Ermənistan müdafiə nazirliyinin çoxsaylı yüksək rütbəli səlahiyyətliləri  qanun qarşısında cavab verməli olur. Yəni pul verib silah ala bilməməsi  məsələsi doğru deyil. Şübhəsiz ki, Paşinyan bu ifadələrlə Rusiyanı ittiham edir və onu erməni ictimai rəyində etibarszlaşdırır. Bu isə siyasi məsələdir. Artıq Rusiyanın əvəzsiz olaraq Ermənistana bir milyardlıq silah verdiyi günlər uzaq 90-cı illərdə qalıb. İndi tamamilə fərqli reallıqlar var. Ermənistan isə bu reallıqları qəbul edmir, ötən əsrin 90-cı illərinin xiffətini çəkir. Ancaq o illər bir daha geri qayıtmayacaq .
Hazırda Ermənistan post - müharibə dövründə ən təhlükəli oyun mərhələsini başladıb. Belə halların isə nə ilə nəticələndiyini biz bilirik. Ermənistan Fransanın təhriki ilə üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəçiliyi unudaraq Ağ dəniz və Egedə formalaşdırılan antitürk koalisyasına qoşularaq qardaş Türkiyənin şərq sərhədlərində yeni cəbhə yartamaq istəyir. Anti-türk koalisiyasını silahlandırmağı isə okeanın o tayındakı hərbi-siyasi mərkəzlər öz üzərlərinə götürüblər. Türkiyə ətrafında qeyri-hərbi statusda olan adaların, Yunan Kıbrısın silahlandırılması, Suriyada terrorçu təşkilatların yaradılması və Türkiyəyə qarşı onlardan istifadə edilməsi də NATO müttəfiqlərinin Türkiyəyə qarşı “mehriban düşmən”çiliyidir. Ermənistana söz verirlər ki, əgər bu anti-türk kolisiyasına qoşularsa və Rusiyaya arxa çevirərsə öz lehinə strateji şərtlər təmin edə bilər. Bu mənzərə təqribən 100 il bundan əvvəlki vəziyyəti xatırladır. Birinci dünya müharibəsində də erməniləri eyni şəkildə səfərbər etmişdilər. Ancaq Kazım Qarabəkir Paşa Gümrüyə daxil olaraq erməniləri “Sevr” anlaşmasından imtina etməyə məcbur etdi. Nəticədə Moskva və Qars müqavilələri imzalandı. Görünür Ermənistan tarixdən dərs çıxara bilmir. Ona görə də nə qədər silah alsa belə nəticədə onu 44 günlük müharibədən sonra olduğu kimi yenə Azərbaycan ordusunun inventarında görəcək.”

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Bunyamin Bünyadzadə

visiontv.az