Gürcüstanda koronavirusu dayandıran “üç muşketyor”
08.07.2020

Müşketyorlar kimlər idi?

Pandemiya ilə mübarizədə uğurlu taktikanın seçilməsinə görə Gürcüstan sakinləri üç alimə minnətdarlıq edirlər, xalq arasında onları “üç muşketyorlar” adlandırırlar. Trionun tərkibinə səhiyyə və xəstəliklərə nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze, Luqar labaratoriyasının rəhbəri Paata İmnadze və Gürcüstanın baş virusoloqu, Tbilisdəki infeksion xəstəliklər, QİÇS və immunologiya mərkəzinin rəhbəri Tengiz Tsertsavadze daxildir. Qrupda D” Artanyan da var-Tbilisinin birinci universitet klinikasının direktoru Levan Ratiani.

Onun işi əhali üçün gündəlik brifinqlər keçirməkdir. Daha bir populyar şəxs isə Tbilisi infeksion xəstəliklər klinikasının baş həkimi Marina Ezzuqbayadır, o koronavirusla mübarizədə publik şəxsə çevrilib. Həmin mütəxəssislər Gürcüstanda əsl qəhrəmanlara çevrildilər, onların tövsiyələrinə diqqətlə əməl olundu.

Visiontv.az