Gürcüstan bu tarixdən etibarən xarici turistləri qəbul edəcək
07.05.2020

Gürcüstan iyulun 1-dən xarici turistlərin qəbuluna başlaya bilər.

Visiontv.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirib. 

O qeyd edib ki, həmin tarixdən etibarən Gürcüstan xarici turistlərin qəbuluna tam hazır olacaq və bu sahədə artıq qonşu ölkələrlə müzakirələrə başlanılıb.

“Biz qonşu ölkələrlə təhlükəsiz dəhlizlərin yaradılması istiqamətində iş aparırıq. Bu sahədə danışıqlara artıq başlanılıb”, - deyə baş nazir bildirib.

APA