Güneyli rejissorun sənədli filmi Bakıda nümayiş olunacaq
04.12.2025

Güney azərbaycanlı rejissor Məhəmməd Əli Muradinin Urmu gölü haqqında çəkdiyi "Gölün uşaqları" sənədli filmi Bakı Beynəlxalq Film Festivalının Dili Bizim proqramında nümayiş olunacaqş

Bu haqda rejissor özünün sosial media hesabında məlumat yayıb.

Filmdə Urmu gölünün ekoloji böhranının fəsadlarından,  insanların, xisusən uşaqların həyatına necə təsir etdiyindən bəhs olunur. Qeyd olunur ki, bu təkcə ekoloji problem deyil, həm də bölgənin gələcəyi və insanların sağlamlığı ilə birbaşa bağlı təhddidir.

Məhəmməd Əli Muradi ildirib ki, filmin nümayişi 7 Dekabr 2025, saat 11:00-da, Nizami Kino Mərkəzinin 2-ci zalında olacaq.

"Bakıda olan və maraqlananlar rəsmi festival proqramından baxa bilərlər",- o əlavə edib.

Güneyli rejissor açıqlamasının sonunda filmin nümayişinə şərayit yaratdıqlarına görə festival təşkilatçılarına təşəkkür edirəm.

Qeyd edək ki, həmin əsər ötən il Finlandiya Film Festivalının ən yaxşı qısametrajlı film mükafatını qazanıb.

visiontv.az