Güneyli aktivist Peyman İbrahimi özünü müdafiə üçün məhkəməyə çağırılıb
05.12.2023

Güneyli aktivist və rəqs müəllimi Peyman İbrahimi elan olunmuş ittihamlara qarşı özünü müdafiə üçün məhkəməyə çağırılıb.

İran Məhkəməsinin Elektron Sistemi vasitəsi ilə göndərilmiş bildirişədə İbrahminin “İran İslam Respublikasına qarşı təbliğat” və “virtual məkan vasitəsi ilə qarşıdurmaya çağırış” ittihamları üzrə özünü müdafiə üçün dekabrın 11-i Təbriz şəhəri Cinayət Məhkəməsinin 118-ci Şöbəsinə təqdim etməsi, həmçinin “Rəhbəri təhqir etmə” ittihamı üzrə Təbrizin “İnqilab” Məhkəməsinin I Şöbəsinə gəlməsi tələb olunub.

Xatırladaq ki, güneyli aktivist Peyman İbrahimi avqustun 26-ı təhlükəszilik məmurları tərəfindən saxlanılıb. 2 ay həbsdə qalandan sonra oktyabrın 25-i 300 milyon tümən dəyərində təzminat sənədi alınaraq barəsində açılmış işin tədqiqatı bitənədək Təbrizin Mərkəzi Həbsxanasından müvəqqəti sərbəst buraxılmışdır.  
 
Bu barədə tanınmış milli aktivist Abbas Lisaninin Məlumatlandırma İnternet Səhifəsi bildirib.

visiontv.az