Güney Azərbaycanın ən böyük təbii sərvətlərindən biri olan Urmu gölündə uzun fasilədən sonra flaminqoların yenidən görünməsi diqqət çəkib.
Son illərdə su səviyyəsinin kəskin azalması səbəbindən ciddi ekoloji böhran yaşayan göl, bölgə ekosistemi üçün kritik mərhələyə daxil olmuşdu. Ancaq son müşahidələr flaminqoların yenidən əraziyə qayıtdığını göstərir.
Qeyd edək ki, Urmu gölü son onilliklərdə kəskin su itkisi ilə dünyanın ən sürətlə kiçilən duzlu göllərindən biri kimi tanınır.
visiontv.az