Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi ulu öndər Heydər Əliyevi yad edib
08.05.2021

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir təşkil olunmuşdur.

Visiontv.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin İş və Tədbirlər Planına uyğun olaraq, həmçinin "Azərbaycan Gəncliyi2017-2021-ci illərdə" Dövlət Poqramının 5.1.1-ci bəndində əsasən Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək üçün Nazirlər Kabineti Yanında Operativ Qərargahın tələb və tövsiyələrinə nəzərə almaqla və karantin rejiminin qaydalarına riayət etməklə Gəncə Şəhər Heydər Əliyev Mərkəzinə fəal gənclərin ziyarəti təşkil olunub.

Ziyarət zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə rəhbərlik və gənclər tərəfindən gül dəstələri düzülmüş və Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığı haqqında qısa film gənclərə nümayiş olunmuşdur. Filmin nümayişindən sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov tədbirdə çıxış edərək Ulu Öndərin həyatından və hakimiyyətdə olduğu illərdə zəngin fəaliyyətindən söz açaraq gəncləri geniş məlumatlandırıblar. Sonda mərkəzin bələdçiləri tərəfindən gəncləri Ulu Öndərin həyatının müxtəlif dövrlərini və Gəncəyə səfərlərini əks etdirən guşələrlə tanış etmişlər.