21.011.2019
Axtar
Şou-Bizness
alt

Fəxri ad alanlarla bağlı açıqlama Xatirənin başına bəla oldu

"Bu günə qədər görmüsüz hansısa Xalq, Əməkdar artistə söz deyim? Heç kimin nə sənəti, nə özü mənə maraqlı deyil. Sonra deyirsiz niyə müsahibə vermirsiz? Bu cür qalmaqala görə. Hamını çox istəyirəm, amma müsahibə verməyəcəm".

Visiontv.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatirə islam deyib. Sənətçi "Oxuya bilmir, necə "Əməkdar artist" oldu?" başlıqlı açıqlamasından söz açıb.

Xatirə bildirib ki, fəxri ad alan dostları ondan inciyib:

"Müsahibəni on gün əvvəl vermişəm. Gətirib yaxın dostlarım ada layiq görüləndən sonra yayımlayıblar. Bayağı, səsi olmayan, fəxri adları olanlar haqda danışmışam.

Anam deyir ki, Röya ilə yaxınsan, fəxri ad alıb, sən niyə elə etdin? Hardan bilim ki, dostlarım fəxri ad alacaq? Heç orada ad da çəkməmişəm. Saxlayıblar müsahibəni evdə, sonra veriblər. Niyə məni dostlarımla üz-göz etdiniz?

Şərh