Fars dili istismarının yeni nümunəsi: Ermənilər üçün Təbrizdə kurslar
10.10.2024

İranın panfars rejimi, 40 milyon türkə qarşı açıq şəkildə istehza edərək, Ermənistan və Gürcüstanın dövlət universitetlərinin İranşünaslıq fakültələrində oxuyan qız tələbələrini "Fars dili tədris kursu"na qatılmaq üçün Təbriz universitetinə göndərdi.

İslam Mədəniyyət və Əlaqələr Təşkilatının mətbuat xidməti bu tədbiri "Fars dilinin gücləndirilməsi və İranşünaslıq fakültəsinin tələbələrinin elmi səviyyəsinin artırılması, eyni zamanda İslam Respublikası ilə qonşu ölkələr arasında mədəni əlaqələrin inkişafı məqsədilə" həyata keçirildiyini bildirdi.

Lakin, bu zaman Güney Azərbaycanın türk xalqının mədəni və hüquqi tələbləri cavabsız qaldığı kimi, dil hüquqları uğrunda mübarizə aparan milli fəallar da müxtəlif basqılara məruz qalırlar.

İranın 40 milyon türk vətəndaşının ana dillərində təhsil almaq hüququndan məhrum edildiyi bir vaxtda, Ermənistanlı tələbələrə Təbriz universitetində fars dili öyrədilməsi, açıq şəkildə kolonializm və istismar nümunəsidir. Bu cür addımlar, mədəniyyətimizin, dilimizin və kimliyimizin necə qeyri-bərabər şəkildə təqib edildiyini bir daha göz önünə sərir.

visiontv.az