Əvvəllər ildə 150-160 min uşaq doğulurdusa, indi bu rəqəm 100-110 minə düşüb
07.04.2025

Çoxuşaqlı ailələrlə bağlı məsələ tez-tez müzakirə mövzusu olur.

Visiontv.az APA-ya istinadən verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, çoxuşaqlı ailə anlayışına baxılmalıdır: “Biz bütövlükdə demoqrafik inkişaf haqqında dövlət proqramının qəbulu ilə bağlı düşünməli və hökumətə təkliflərimizi verməliyik. Təbii artım aşağı düşüb. Bundan əvvəl ilə 150-160 min uşaq doğulurdusa, indi onların sayı 100-110 minə enib. Buna görə də çoxuşaqlı ailələrlə bağlı 5 və daha çox uşaq məsələsinə yenidən baxmaq, yəni çoxuşaqlı ailə anlayışında sayı aşağı salmaq barədə düşünmək olar”.



Gündəlik

slide 7 to 10 of 8