Əslində, bu məlumatın bu cür təqdimatı səhvdir: Onların hamısı yəhudi əsillidir, Azərbaycan əsilli yox
22.10.2024

İsrail polisi və Şin Betin İrana casusluqda şübhəli bilərək həbs etdiyi yeddi şəxsin hamısı yəhudidir, İsrail vətəndaşıdır, sadəcə olaraq vaxtilə Azərbaycanda doğulublar və sonradan İsrailə köçüblər.

“Yerusəlim Post” nəşri bildirir ki, bu şəxslər (Aziz Nisanov, Aleksandr Sadıkov, İqal Nisan, Vyaçeslav Quşin, Yevgeni İoffe və digərləri) İran üçün hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və potensial insan hədəflərinin müəyyən edilməsi və informasiya ötürülməsi ilə məşğul olublar.

Bizim bəzi beyinsizlərimizin İrana casusluq etdiklərinə görə həbs edildiklərini bilirik. Ancaq İsraildə yaşayan yəhudilərin İrana casusluq etmələri isə həqiqətən də heyrət doğurur.

Bu onu göstərir ki, İsrail cəmiyyəti də monolit deyil. Onların da öz iranpərəstləri var.

Bəybala Mirzəyev

visiontv.az