Ermənistanın yeni Konsitusiyasının qəbulunu sonraya saxlayır
12.06.2024

Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını mümkün hesab etdiyini bildirsə də, Ermənistanın yeni Konsitusiyasının qəbulunu sonraya saxlayır.

O rəsmi Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsiylə bağlı tələbini ölkəsinin daxili işlərinə qarışması kimi qiymətləndirib. Həmin Konstitusiyada qonşu ölkələrə ərazi iddiaları varsa, bu daxil məsələ deyil. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını əks etdirən bəndlər oradan götürülməyənə qədər bölgədə sülh və əməkdaşlıq mümkün deyil. Bu haqda Nikol Paşinyanın özünün də açıqlamaları var. Aydındır ki, yeni Konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsi zaman tələb edir. Ancaq Azərbaycanın və Türkiyənin gözləntisi qonşulara qarşı ərazi iddilarını əks etdirən Konstitusiyanın dəyişdirilməsiylə bağlı İrəvanda müzakirələrin başlaması və bununla bağlı komissiyanın formalaşdırılmasıdır.

Elxan Şahinoğlu

visiontv.az