Ermənistanın "Mülki Müqavilə" partiyası müxalifətin Qarabağa dair layihəsinin əlehinə çıxıb
Ermənistanın "Mülki Müqavilə" partiyası müxalifətin Qarabağa dair layihəsinin əlehinə çıxıb
24.03.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan hakim "Mülki Müqavilə" partiyası parlamentdə müxalifətin Qarabağa dair Azərbaycan layihəsinin əlehinə çıxıb.

Nikol Paşinyan coxkombinasiyalı gediş edərək birtərəfdən parlamentdə Azərbaycan əleyhinə qətnamələrin müzakirəsinə imkan vermir, birtərəfdən beynəlxalq müstəvidə Azərbaycan əleyhinə diplomatik təmasları artırıb. Bu siyasət Ermənistan üçün müsbət perspektivlər vəd etmir.

Bir neçə gün bundan əvvəl, Avropa parlamenti Azərbaycan əlehinə səs verir, Ermənistan parlamentində isə, hakim partiya buna imkan vermir. Bu, N. Paşinyanın Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində atdığı addım deyil. N. Paşinyan bununla beynəlxalq ictimaiyyətə özünün sülhpərvər olduğunu, daxildə isə, müxalifətlə eyni mövqedən çıxış etmədiyini göstərir. Çünki parlamentdə müxalifət Rusiyayönümlüdür.

Ümumiyyətlə, Ermənistan Avropa İttifaqının yarımhərbi müşahidə missiyasını ölkəsinə gətirməklə, sülh prosesində maraqlı olmadığını göstərdi. Təbii ki, burada Ermənistana təsir və təzyiq edən faktorlar var. Amma, prosesləri Azərbaycan idarə edir və yeni hərbi təzyiqlərin baş verməsi mümkün görünür. Çünki, aparılan siyasi danışıqlar tükənib. Brüssel, Vaşinqton və sonradan müzakirə edilən Tiflis formatı Yerevan tərəfindən təxirə salınıb. Rusiyanın vasitəçiliyinə gəldikdə isə, Kreml ümumiyyətlə sülh müqaviləsinin imzalanmasından tamam kənar bir mövqeyə malikdir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az