Ermənistanın gələcək inkişafı həm də erməni kilsəsinin mahiyyətinin dəyişməsindən asılıdır
24.04.2024

Ermənistanın gələcək inkişafı yalnız separatist ideyalardan, keçmiş müharibə cinayətkarlarından qurtulmaqdan ibarət deyil. Ermənistanın gələcək inkişafı həmçinin erməni kilsəsinin mahiyyətinin dəyişməsindən asılıdır.

Uzun illər Koçaryan və Sarkisyan ilə əlbir olan kilsə təmsilçiləri dini inacları istismar etməklə məşğul idilər. Kilsə siyasətdən kənar deyil, əksinə siyasətlə orqanik birlik təşkil edirdi və Serj Sarkisyan, Robert Koçaryanın maraqlarına xidmət göstərirdi.

2-ci Qarabağ və 24 saatlıq xüsusi hərbi əməliyyatdan sonra yaranmış vəziyyətdən istifadə edərək hakimiyyəti yenidən ələ keçirməyə çalışan siyasilər bunu reallaşdıra bilmədilər. Ermənistan cəmiyyəti uzun illər aparılan siyasətin acı nəticəsi ilə qarşılaşmalı oldu və keçmişə dönüb, dalanda qalmaq əvəzinə yaranmış situasiyada gələcəyə baxmaq yolunu seçdi.

2020-ci idlən sonra tərəflər ilk dəfə sülhə bu qədər yaxındılar. 4 kəndlə bağlı məsələ vasitəçi olmadan 2 tərəf arasında razılığa bağlandı. Qafqaz regionu sülhə belə yaxın olduğu məqamda yeni Ermənistan kilsəsinin təmsilçiləri meydana tökülüb, insanları inancları üzərindən gedən prosessə mane olmağa çalışırlar.

Görünür Erməni kotalikosu Sarkisyan və Koçaryanla birlikdə gələcəklərini təmin etmək üçün erməni xalqının gələcəyi üçün açılmış işıq dəliyinə barmaq soxurlar.

Aqil Məmmədov

visiontv.az