Ermənistanda növbəti hərbiyə çağrış elan edilib və Qarabağa əsgər göndərilmir
Ermənistanda növbəti hərbiyə çağrış elan edilib və Qarabağa əsgər göndərilmir
10.02.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

10 noyabr atəşkəs Bəyannaməsindən sonra Ermənistanın buna gedəcəyi müharibə vəziyyəti yarada bilərdi və birbaşa burada əsas məsuliyyət Rusiya sülhmərmalı qüvvələrinin üzərinə düşəcəkdi.

Qeyd edim ki, Rusiya sülhmərmalı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən erməni separatçılarda çağırış elan ediblər. Onlarda " müdafiə ordusunun" formalaşdırıldığnı elan edirlər. Hazırda Qarabağın müəyyən hissəsində təmas xətti var və silahlı erməni birləşmələrinin üzbəüz postu fəaliyyət göstərir.

Hazırda Qarabağda demoqrafiq problem var. Burada silahlalı erməni birləşmələrinin tərkibinə Ermənistandan qeyri-rəsmi olaraq gizli şəkildə çağrışçılar mülki formada gələ bilərlər. Ona görə də Azərbaycan bu məsələyə diqqət etməli və silahlı erməni birləşmələrinin çıxarılmasını tələb etməlidir.
Qarabağda Arayik Arutunytan və Vitali Balasanyanın  fəaliyyəti demək olar ki, getdikcə əhəmiyyətsizləşir. Bundan sonra Qarabağın kiçik bir hissəsində ermənilərin bu vəziyyətdə yaşaması və separatçıların fəaliyyəti çətinləşəcək. Azərbaycan Laçın  dəhlizində post qurmaqla demək olar ki, burada separtaçıların fəaliyyətinə son veriləcək. Ona görə də bu istiqamətdə prezident İlham Əliyevin çalışdığını istisna etmirəm.
İlk növbədə artıq Ermənistan rəsmi şəkildə Qarabağa ordu göndərmir, xarici vətəndaşlar Qarabağa buraxılmır. Ermənistan rəsmiləri Xankəndiyə gəlib, vəziyyəti qəlizləşdirən açıqlamalar vermir.  Azərbaycan Ermənistanın Qarbağda fəaliyyətinə son verib.

Qarabağın statusuna gəldikdə isə, bu Azərbaycanın  gündəliyində yoxdur və Rusiya bu status məsələsini gündəmdə saxlamaqla çalışacaq ki, regionda mövcudluğinu qorusun. Ermənistanda hakimiyyətin dəayişməsinə gəldikdə, bunun Qarabağa təsirləri minimum olacaq. Hazırda Ermənistan və Azərbaycan arasında müəyyən təmaslar formalaşır və erməni əsirlərin qaytarılması Yerevanın davranışlarından asılı olacaq.

Politoloq Məhəmməd Əsədullazadə

Visiontv.az