2.04.2020
Axtar
Dünya
alt

Ermənistanda koronavirusa yoluxanların sayı 115 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

Visiontv.az-ın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook”da bildirib.

O deyib ki, ölkədə daha 5 nəfər koronavirusa yoluxub.

 

Nazirlik rəsmisi qeyd edib ki, bununla da Ermənistanda koronavirusa yoluxmuş şəxslərin sayı 115-ə çatıb.  

Xatırladaq ki, Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan aprelin 14-ə kimi fövqəladə vəziyyət elan edilib.

Şərh