24.010.2019
Axtar
Gündəlik
alt

Ermənistanda cinayət halları artmaqdadır

Əvvəlki ilin göstəricisi ilə müqayisədə paytaxtda cinayətlərin sayı artıb.

2018-ci ildə Ermənistanda 22 551 cinayət faktı qeydə alınıb. 2017-ci ildə bu göstərici 20 285 idi.

Trendin verdiyi xəbərə görə  bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Cinayət hadisələrinin 11 344-ü Yerevanda baş verib. Əvvəlki ilin göstəricisi ilə müqayisədə paytaxtda cinayətlərin sayı 2266 hal və ya 11,2 faiz artıb.

Ağır cinayətlərin sayı ümumi cinayətlərin 16,1 faizini təşkil edib. Bu, 2017-ci ilin göstəricisinə nisbətdə 33,3 faiz artıqdır.

Ötən il 36 qətl hadisəsi törədilib.  

Şərh