Ermənistan üçtərəfli bəyanat imzalanandan üzü bəri azı 66 hərbçi itirib
Ermənistan üçtərəfli bəyanat imzalanandan üzü bəri azı 66 hərbçi itirib
30.07.2021 Sahib Alıyev Tərəfindən

Ermənistan mediası üçtərəfli bəyanat imzalanandan üzü bəri azı 66 hərbçi itirdiklərini yazır.

Onlardan 24-ü döyüş tapşırığı yerinə yetirərkən məhv edilib. 42 nəfəri isə xəstəlikdən, qəzadan, silahla ehtiyyatsız davranışdan ölənlər və böyük bir hissəsi də intihar edənlərdir ki, bu da düşmən ölkənin ordusundakı real vəziyyəti çox aydın göstərir. Mümkündür ki, "silahla ehtiyatsız davranış"dan ölən kimi təqdim olunanların da çoxu elə intihar edənlərdir. Bundan başqa üç "zinvor"ları da yoxa çıxıb ki, hələ bilmirlər onlar hardadırlar.

Maraqlıdır, Ermənistandakı parabaş rejimi Azərbaycanla növbəti qarşıdurmaya sürükləyənlər bu reallığı görmürlərmi və guya havadarlıq etdiklərinə heçmi acımırlar?

Millət vəkili Sahib Alıyev

Visiontv.az