Ermənistan tezliklə Konustitusiya dəyişikliyinə getməyə məcbur oldu
Ermənistan tezliklə Konustitusiya dəyişikliyinə getməyə məcbur oldu
15.04.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan hakimiyyəti Konustitusiya dəyişikliyinə 2026-ci ildə parlament seçkilərindən sonra gedəcəyini qeyd edirdi. Rəsmi Yerevan 2027-ci ildə konustitusiya dəyişikliyini zəruri hesab edirdi. Artıq rəsmi Yerevan öz mövqeyindən geri çəkildi. Çünki Azərbaycan Konustitusiya dəyişmədən sülh müqaviləsinə imza atmayacağını elan edib.

Ermənistan konustitusiyasına dəyişikliklər etmədən Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışır. Amma, rəsmi Bakının sülh müqaviləsi üzrə siyasəti dəyişməz olaraq qalır. Ermənistan Qərbə inteqrasiya siyasəti həyata keçirir. Sülh müqaviləsi bağlanmadan Türkiyə ilə münasibətlər normallaşmayacaq.

Artıq Ermənistan hakimiyyətinin Konustitusiya dəyişikliyinə istənilən vaxt gedə biləcəyini açıqladı. Ermənistan hakimiyyəti il ərzində Konustitusiyada dəyişiklik edərsə, ilin axırına kimi sülh müqaviləsi bağlana bilər.

Məhəmməd Əsədullazadə

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8