Ermənistan qısa zamanda hərbi texniki bazasını yenidən gücləndirməsi real deyil - deputat Vüqar Bayramov
Ermənistan qısa zamanda hərbi texniki bazasını yenidən gücləndirməsi real deyil - deputat Vüqar Bayramov
02.11.2020 Vüqar Bayramov Tərəfindən

Ermənistan ordusu geri çəkilir. Müdafiə Nazirliyinin məlumatına görə, işğalçı ordunun silah və sursatı da tükənmək üzrədir.

Əslində, bu gözlənilən idi. İndiyədək rəşadətli ordumuz düşmənin 2.7 milyard dollarlıq silah sursat və hərbi texnikasını ya məhv edib, ya da hərbi qənimət kimi götürüb. İllik dövlət büdcəsi 2.7 milyard dollardan az olan bir ölkə üçün bu ciddi bir itkidir.

Aydındır ki, hətta Ermənistan silah və sursatların bir hissəsini pulsuz və ya borclanaraq alsa da belə qısa zamanda hərbi texniki bazasını  yenidən gücləndirməsi real deyil. “Humanitar uçuşlar” ilə silah daşınmağa cəhd ediləsə də belə pandemiyanın ümumi uçuşların sayını məhdudlaşdırdığını nəzərə aldıqda düşmən ölkədə ordu və təchizatın vəziyyətinin necə olduğunu təsəvvür etmək mümkün deyil.

Reallıq bundan ibarətdir ki, Ermənistan uzun müddətli müharibə aparmaq imkanlarına malik deyil. Buna görə də, ötən ayın əvvəllərində düşmənin birinci səddi darmadağın ediləndən sonra işğalçı ölkə hər vəcdlə atəşkəsə nail olmağa çalışırdı. Paşinyan hakimiyyəti 30 il ərzində qurduqları tunellər və istehkamların onlara yardım edəcəklərini düşünsələr də şanlı ordumuz həmin maneələri darmadağın etdi.

Beləliklə, savaşın 6-cı həftəsinə Azərbaycan ordusu ciddi üstünlüklər ilə başlayır. İnanırıq ki, ötən 5 həftədə Ali Baş Komandanımızın rəhbərliyi 200-ə yaxın yaşayış məntəqəsini azad edən rəşadətli ordumuz bu həftə də bizi xoş xəbərlər ilə sevindirəcək.

Qarabağ Azərbaycandır!

Visiontv.az