Ermenistan parlamentində kütləvi dava
08.05.2020

Ermənistan parlamentində plenar iclas zamanı kütləvi dava düşüb.

Visiontv.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Davaya səbəb hakim partiyanın deputatı Sasun Mikaelyanın müxalif deputat Edmon Marukyanın çıxışı zamanı yerindən replikalar səsləndirməsi olub.

Daha sonra iki deputat arasında dava başlayıb. Nəticədə deputatlar əlbəyaxa çıxıb. Dava qısa zamanda kütləvi davaya çevrilib.