125
Ermənilərin raket zərbəsi zamanı Bərdə Olimpiya İdman Mərkəzinə ziyan dəyib - FOTOLENT
Ermənilərin raket zərbəsi zamanı Bərdə Olimpiya İdman Mərkəzinə ziyan dəyib - FOTOLENT
29.10.2020 İlahə Tərəfindən

Terrorçu Ermənistanın mülki əhalinin yaşadığı ərazilərə atdığı raket zərbələri zamanı Bərdə Olimpiya İdman Mərkəzinə də ziyan dəyib.

Visiontv.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsi açıqlayıb.

İdman qurğusunun düşmən zərbələri ilə dağıntılara məruz qaldığı bildirilib: “Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik”.

Qeyd edək ki, terrorçu Ermənistan silahlı qüvvələrinin dünən Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini raket atəşinə tutması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.