Erməni deputatlar son otuz ildə tutduqları yoldan çəkinməyiblər - Yıldız Ahmet
25.01.2021

“Erməni deputatlar son otuz ildə tutduğu yoldan çəkinməyiblər”.

Visiontv.az xəbər verir ki, bunu Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Yıldız Ahmet AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünün çıxışına münasibət bildirərkən deyib.

“Mən təəssüflə müşahidə edirəm ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyəti son otuz ildə tutduğu yoldan çəkinməyib. Yaxşı olardı ki, Ermənistan deputatları azərbaycanlarla birgə işləməyə başlasınlar. Yalnız bu halda son illərdəki böhran vəziyyəti arxada qalmış olar. Hər bir halda hüquqi dövlət və beynəlxalq hüquq qanunlarının tətbiqi başlıca şərtdir”, - deputat bildirib.

Report