Ərdəbil əyalətində ümumilikdə 823 kilometr avtomobil yolunun çəkilməsinə ehtiyac var.
Bunu əyalətin Yollar və Şəhərsalma Baş İdarəsi nümayəndəsi Əli Yusifzadə deyib.
Onun sözlərinə görə, qeyd olunan yolun bu günə kimi yalnız 237 kilometrini tamamlamaq mümkün olub.
"Əyalətin avtomobil yolu şəbəkəsindən istifadə indeksini ölkə üzrə orta göstəriciyə çatdırmaq üçün Ərdəbil əyalətində avtomobil yolu şəbəkəsini digər əyalətlərdən ən azı iki dəfə çox inkişaf etdirmək lazımdır",- Yusifzadə əlavə edib.
Qeyd edək ki, rəsmi məlumata görə, Ərdəbil əyalətində ümumi 8048 kilometrlik yolun 237 kilometri magistral yol, 716 kilometri əsas yol, 702 kilometri ikinci dərəcəli yol və 4738 kilometri isə kənd yollarıdır.
visiontv.az