Əməkdar artist estetik müdaxilənin qurbanı oldu
31.07.2023

Əməkdar artist Ruhəngiz Allahverdiyeva illər əvvəl ona uğursuz estetik müdaxilə edildiyini bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Maqazin plus"a danışan ifaçı illər əvvəlki əməliyyatın pis fəsadlarla nəticələndiyini vurğulayıb:

"Üzümə estetik müdaxilə olunmuşdu. Təəssüflər olsun ki, həkimin elədiyi iş çox uğursuz alındı. Həkimə əməliyyatın səhv olduğunu deyəndə, boynuna almadı. Adı da Vüqardır.

İllərdir demirdim, amma indi açıqlayacağam. Çox səhv bir əməliyyat etdi, bacarmadığı bir işi gördü. İnsan bir şeyi bacarmırsa, o işə əl atmamalıdır. İnsan həyatı və gözəlliyi ilə oynayırsınız. Həyatımda bir dəfə üzümə botoks vurdurdum. Onu da mənə məcbur etdilər. Amma çox peşman oldum".

Visiontv.az