Ələkrəm Hümbətov ölüb
Visiontv.az xəbər verir ki, bu barədə Niderlandda yaşayan azərbaycanlılar bildirib.
Ələkrəm Hümbətov yaşadığı Haaqa şəhərində 74 yaşında ölüb.
Qeyd edək ki, Ələkrəm Hümbətov 1948-ci ildə Lerikdə anadan olub. Ələkrəm Hümbətov 1993-cü ildə Azərbaycanın cənub zonasında qondarma “Talış-Muğan Respublikası” elan edib. O, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunub.
Ələkrəm Hümbətov 2004-cu ildən etibarən Niderlandda yaşayırdı. O, Ermənistana səfər etmişdi.
APA