Eldar Əzizov 2 məmurun vəzifəsini dəyişib
21.11.2020

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini Seyidov Mirdaməd Mirhüseyn oğlunu vəzifəsindən azad edib.

Visiontv.az-ın “MediaPost”a istinadla verdiyi məlumata görə, E.Əzizovun müvafiq əmri ilə, Mirdaməd Seyidov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktorunun müavini təyin olunub.

Bakı meri Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Yusif Xəlilovu vəzifəsindən azad edərək, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini təyin edibmiş.