Əlamud - Əkbər Nəcəf
04.03.2021

Mənası deyləmi dilində "qartal tərbiyəsi" (aluh amut) olan Əlamud və ya Alamud qalası əslində Cüstani hökmdarı Vəhsudan ibn Mərzuban tərəfindən 760-cı ildə tikilib.

Vəhsudan bir ov sırasında qartalını uçurmuş və qartal da Rudbar vadisinin ən dik qayalığı üstünə qonmuşdur. Hökmdar bölgənin strateji əhəmiyyətini anlayaraq hündürlüyü 2000 metr olan həmin qayalıqlar üstündə bir qala tikdirmişdir. Qala daha sonra Cüstani əmirliyinin mərkəzi oldu. Əlamut daha sonra şiə-zeydi tərəfdarlarının əsas sığınağı oldu. İlk ismaili dövləti də Cüstanilər idi. Belə ki Cüstani hakimi Mehdi 919-cu ildə rəsmi olaraq ismaililiyi qəbul etdi.

Uzunluğu 54 km, eni 5,4 km olan Rudbar ovasına açılan Əlamud yeganı qala idi ki, kənardan heçbir maddi dəstək almadan öz-özünü təmin edirdi. Ayrıca burada bir qida pozulmadan yüz illərlə qala bilirdi. Bunu Süləmi özünün "Əxbari-vulati-Xorasan" adlı əsərində qeyd edir.

Visiontv.az