Əhaliyə maska xəbərdarlığı
02.04.2020

"Əvvəl deyirdik ki, ölkəyə koronavirus xəstəsi xaricdən gəlirdi. Ona görə də tibbi qoruyucu maskanın taxılmasını zəruri etmirdik".

Visiontv.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.

TƏBİB rəsmisi qeyd edib ki, artıq ölkə daxilində yoluxma faktları olduğundan maska istifadəsi məcburidir.