"ƏDV geri al" layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat qaytarılıb
23.01.2021

Azərbaycanda 2020-ci il ərzində "ƏDV geri al" layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb.

Visiontv.az xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazirin sözlərinə görə, ilin innovasiya layihəsi nominasiyasının qalibi seçilən "ƏDV geri al" həm vətəndaşlar, həm də biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilir.