Ədəbiyyat üzrə Nobel mukafatı Cənubi Koreyaya getdi
10.10.2024

Ədəbiyyat üzrə 2024-cü il Nobel Mükafatı Cənubi Koreya yazıçısı Han Kanqa "tarixi travmalarla üzləşən və insan həyatının kövrəkliyini üzə çıxaran poetik nəsri"nə görə verilib.

“Han Kanq əsərlərində tarixi travmalar və görünməz qaydalar toplusu ilə qarşılaşır və hər bir əsərində insan həyatının kövrəkliyini ortaya qoyur. O, bədənlə ruhun, dirilərlə ölülərin əlaqəsini özünəməxsus dərk edir, poetik və eksperimental üslubu ilə çağdaş nəsrin yenilikçisinə çevrilib”, –Nobel Komitəsinin press-relizində belə yazılıb...

54 yaşlı Han Kanq 2016-cı ildə “Vegetarian” adlı romana görə Beynəlxalq Buker Mükafatının qalibi olmuşdu. Kıtab anında türk dilinə tərcümə olunmuş və rəflərdəki yerini almışdı. Buker aldığı üçün o vaxt mağazada kitabı vərəqləmişdim. Ancaq vegetarianlığa qarşı olduğum üçün kitabı almadım. Ehtimal ki, yenə də almayacam və oxumayacam.

Bu arada bukmekerlər növbəti dəfə böyük fiasko yaşadılar. Han Kanqın adı ilk on yazar arasında belə yox idi...

İbrahim Nəbioğlu

visiontv.az