26.011.2020
Axtar
Foto Fakt
alt

Düşmənin atdığı fosforlu top mərmiləri zərərsizləşdirildi - FOTOLENT

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarda qadağan olunmuş ağ fosforlu mərmilərdən istifadə edir.

Visiontv.az xəbər verir ki, Tərtər rayonunun Səhləbad kəndi ərazisinə atılmış fosforlu top mərmiləri xoşbəxtlikdən partlamayıb.Ərazidə aşkarlanmış iki ədəd partlamamış ağ fosforlu top mərmisinin içərisində 3 kiloqram 800 qram ağ fosfor var.

Mərmilər partlayıcı mexanizmlərindəki nasazlıq səbəbindən düşərkən partlamayıb.

Fosforlu top mərmiləri partlayış yolu ilə yerində zərərsizləşdirilib.

FOTO: Əziz Elxanoğlu

 

Şərh