Dünyanın sonu yaxınlaşır - Şəhər buz altında qaldı
01.07.2019

Mövsümlərin sanki yer dəyişdirdiyi, gözlənilməz anda fırtına, dolu və yağışların baş verdiyi bir vaxtda qeyri-adi təbiət hadisəsi yaşanıb.

Meksikanın şəhəri buz altında qalıb

Mövsümlərin sanki yer dəyişdirdiyi, gözlənilməz anda fırtına, dolu və yağışların baş verdiyi bir vaxtda Meksikada qeyri-adi təbiət hadisəsi yaşanıb.

VisionTV.az  xarici mediaya istinadən xəbər verir ki, 30 dərəcə istiliklə "boğuşan" Quadalaxara şəhərində qəfil başlayan dolu fırtınası həyatı iflic edib. Bir neçə dəqiqə ərzində 1.5 metr hündürlüyə çıxan buz şəhərin bir neçə qəsəbəsində həyatı "dondurub".

Təxminən, 5 milyon insanın yaşadığı Quadalaxara şəhərində qəfil başlayan dolu fırtınası insanları çaş-baş qoyub. Bir anda başlayan dolu qısa müddətdə şəhərin altı məhəlləsini qalın buz təbəqəsiylə örtüb. Buzun qalınlığı 1.5 metrə çatıb.

Küçələrdəki əksər maşınlar buzun altında qalıb, evlərin dam örtüklərinə ciddi ziyan dəyib.

Hadisə yerinə gələn ilk yardım briqadaları və qar təmizləmə qurğuları havanın temperaturunun 30 dərəcəyə çatdığı ərazidə təmizlik işlərini çətinliklə başa çatdırıb.

Şəhər rəsmiləri hadisə zamanı xəsarət alan olmadığını bildiriblər. 200 evə isə ciddi zərər dəydiyini qeyd ediblər. 
Dünyanın sonu yaxınlaşır - Şəhər buz altında qaldıDünyanın sonu yaxınlaşır - Şəhər buz altında qaldı